Gənclərdən gənclərə etiraz!

genclerden-genclere-etiraz
Oxunma sayı: 651

“Qafqazinfo” xəbər verir ki, tədbirdə YAP-ın əsas fəallarından biri, DCİY İB-nin İdarə Heyətinin sədri Tural Məmmədov, DCİY İB-nin İctimai Əlaqələr üzrə şöbəsinin rəhbəri Tural Vəlizadə, DCİY İB-nin Beynəlxalq Əlaqələr üzrə şöbə müdiri Fidan Yusifli DCİY İB-nin aktiv üzvü Çimnaz Aydəmirli və “Azərbaycan Maliyyə İqtisad Kolleci”ndə prorektoru Murad Muradlı iştirak edib.

Tədbiri giriş sözü ilə açan DCİY İB-nin ictimai əlaqələr üzrə şöbə müdiri Tural Vəlizadə təşkilatın yarandığı tarixdən bu günə kimi gördüyü işlərdən geniş məlumat verməklə yanaşı, Azərbaycanın gələcəyi olan gənclərimizi Vətəni, dövləti sevmək, onun dəyərlərini qorumaq yolunda aktiv olmağa çağırıb. Tural Vəlizadə müstəqil Azərbaycanın bu gün heç zaman olmadığı qədər gənclərə ehtiyacından söz açdı. O, bizim vətənpərvər gənclərimizdən olan Mübariz İbrahimovu, Ramil Səfərovu gənclərə yaxşı mənada örnək göstərib.

Azərbaycan Maliyyə və İqtisad universitetinin prorektoru Murad Muradlı də söz alaraq Azərbaycan gəncləri haqda geniş bəhs etmişdir. O, gənclərimizi dövlətimizin ətrafında sıx birləşməyə çağırıb.

Sonda tədbir iştirakçıları ilə aktiv söhbət zamanı onların hazırki siyası vəziyyətə fikirləri dinlənildi.Hazırki radikal müxalifətin tərəfdarı olan gənclərin keçirdikləri mitinglər birmənalı olaraq mənfi qiymətləndirilib. Həmin gəncləri də dövlətimiz ətrafında sıx birləşməyə çagrılıb.