Gənclərdən ibarət milli komandamız işi bitirdi

Gənclərdən ibarət milli komandamız işi bitirdi
Oxunma sayı: 214

Bundan əvvəl meydan sahibləri Xorvatiyanı məğlub edib (2:1), ikinci matçında belçikalılara minimal hesabla (0:1) uduzan yığmamız yoluna davam etmək üçün mütləq qələbə qazanmalı idi. Ancaq təəssüf ki, komandamız bunun öhdəsindən gələ bilməyib. Ukraynalı həmyaşıdları ilə qolsuz bərabərə qalan millimiz seçmə mərhələdə mübarizəni dayandırıb.

Qeyd edək ki, qrupun digər oyununda Xorvatiya və Belçika seçmələri üz-üzə gəliblər. Həmin görüş isə belçikalıların qələbəsi ilə başa çatıb. Bu nəticələrdən sonra Belçika lider, Ukrayna isə qrup ikincisi kimi növbəti mərhələyə vəsiqə qazanıb.

Avropa çempionatının seçmə mərhələsi

18:00. Azərbaycan – Ukrayna - 0:0
Baş hakim: Andris Treymanis (Latviya)
Poreç, Veli Joze stadionu

Xorvatiya - Belçika - 3:4




1101 dəfə baxılıb


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi