“Gənclərin həmrəylik oyunlarında rolu əvəzsiz idi”

genclerin-hemreylik-oyunlarinda-rolu-evezsiz-idi
Oxunma sayı: 877

“Azərbaycan adını bir daha tarixə qızıl hərflərlə yazmağa nail ola bildi. IV İslam Həmrəylik Oyunlarının paytaxt Bakıda möhtəşəm təşkili bütün İslam ölkələrinə həmrəylik nümunəsini sübut etdi”. 

“Qafqazinfo” xəbər verir ki, bunu “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib. O, bildirib ki, 50-dən çox islam ölkəsinin həmrəyliyi nəticəsində Azərbaycan bir daha böyük idman ölkəsi olduğunu ölkə başçısı İlham Əliyevin siyasi iradəsi nəticəsində ortaya qoydu: ”Məhz bu səbəbdən Azərbaycan milli komandası yarışları birinci yerdə başa vurub - 75 qızıl, 50 gümüş, 37 bürünc medallarla I yerə sahiblənə bildi. I vitse-prezident, təşkilat komitəsinə rəhbərlik edən Mehriban Əliyeva tərəfindən təşkil olunan oyunlar ən yüksək səviyyədə təşkilatçılıq nümunəsi idi. Azərbaycan üçün çox çətin və məsuliyyətli bir missiyanın öhdəsindən gəldi təşkilat komitəsi. İstər təşkilatçılıq, istər qarşılanma, istər şəhərimizdəki qonaqlarımızda Azərbaycan haqqında xoş təəssüratın yaradılmasında gənclərimiz rolu danılmaz və əvəzsizdir”. 

M. Seyidov rəhbərlik etdiyi təşkilatın üzvlərnin də könüllü olaraq bu yarışlarda fəal iştirak etdiyini bildirib: “Onlar da böyük idman oyunlarının bir parçasına çevrilə bildi.  Əminəm ki, ölkəmizdə bu il yenidən keçiriləcək Formula1, qadınlar arasında voleybol üzrə Avropa çempionatı və 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarında gənclər bugün kimi hazır komanda şəklində öz dəstəyini nümayiş etdirəcək”.