Gənclərin Milli Müqavimət hərəkatı yaradıldı

genclerin-milli-muqavimet-herekati-yaradildi
Oxunma sayı: 1663

Onun sözlərinə görə, artıq hərəkatın ətrafında 100-dən çox gənc toplaşıb. Türkoğlu qeyd edib ki, hər partiyanın Gənclər Təşkilatı olduğu kimi KXCP-nin də Gənclər Təşkilatı olmalı idi və bu təşkilat onun təşəbbüsü ilə yaradılıb. O, gənclər təşkilatının sədrinin Emil Qurd, müavini isə Ceyhun Ər Tunqa olduğunu söyləyib: “Bizim bir amalımız var. İşğalda olan torpaqlarımızı nəyin bahasına olur olsun geri qaytarmaq”.

O, Milli Müqavimət Hərəkatının Azərbaycan, türk birliyi və Turan uğrunda mübarizə aparacağını deyib: “Hamı bilir ki, mən həmişə gənclərlə oturub-dururam. Dədəm Elçibəyin bir sözünü yada salım. Dədəm deyib ki, elə eləməyin, cavanları başıma toplayıb üstünüzə gəlim. Yaxın zamanlarda bizim müxalifət rəhbərləri ilə görüşlərimiz olacaq. Əgər biz deyən olmasa, əlimizdə bayraqlar gənclərin önündə meydanlara gələcəyik. Biz müxalifətə və iqtidara sübut edəcəyik ki, hələ ölməmişik və biz varıq. Meydana gənclərlə gələcəyəm”.

Fatimə Kərimli