“Gənclərin Simulyasiya Akademiyası” başladı

genclerin-simulyasiya-akademiyasi-basladi
Oxunma sayı: 643

"İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən "Gənclərin Simulyasiya Akademiyası” layihəsi başlayıb.

“Qafqazinfo” xəbər verir ki, layihənin əsas məqsədi – ölkə gəncliyinin iqtisadi, sosial məsələlərlə bağlı problemlərin həll olunmasında aktiv iştirakının təmin edilməsidir. Həmçinin, özəl və idarəçilikdə effektiv idarəetmə alətlərinin istifadə olunması, məhsuldarlığın artırılması və uzunmüddətli strategiya və planlamanın yenilikçi ideyalar əsnasında tətbiqi ilə bağlı gənclərin təşəbbüskarlığının artırılması da bura daxildir. Qərar qəbulu məsələlərində onların proaktiv fəaliyyətinə dəstək verməklə, gənclər şəbəkəsinin hərtərəfli inkişafına şərait yaratmaq və dövlət gənclər siyasətinin onlara verdiyi imkanlardan ən yüksək səviyyədə faydalanmasını təmin etməkdən ibarətdir.

Layihə müddətində “Biznes plan və sahibkarlıq”, “İnnovasiya”, “Komanda quruculuğu və motivasiya” və “Dövlət strukturlarında qərar qəbulu” kimi mövzularda təlimlər peşəkar təlimçilər tərəfindən həyata keçiriləcək.  

Layihənin 1-ci günü təlimçi MirƏziz Əzizli tərəfindən “Biznes plan və sahibkarlıq” mövzusunda təlim keçirilib. İştirakçılar təlim mövzusu haqqında ətraflı məlumat əldə etdikdən sonra praktiki sessiyada komanda şəklində müxtəlif istiqamətlər üzrə öz ideyalarını təqdim ediblər. 

Təlimlərdən sonra workshop(qrup işləri) ilə gənclər tərəfindən Simulyasiya keçmiş müxtəlif istiqamətlərdə təkliflər paketi hazırlanıb, müxtəlif qurumlara təqdim ediləcək.