Gənclərin “Video konfrans”ı keçiriləcək

genclerin-video-konfransi-kecirilecek
Oxunma sayı: 658

ARGTMŞ-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Sumqayıt şəhəri, Quba, Şəki, Ağdaş, Göygöl, İsmayıllı, Lənkəran və paytaxt Bakının Xəzər rayonunu əhatə edəcək tədbir çərçivəsində hər rayondan 20 gənc olmaqla 140 nəfər online şəkildə iştirak edəcək.

“Video konfrans”ın moderatoru Milli Şuranın sədri, millət vəkili Fuad Muradov olacaq.

Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, adıçəkilən regionların millət vəkilləri və Azərbaycanda tanınmış gənclər təşkilatlarının sədrləri iştirak edəcək.


Sədan