“Gənclik Günü” layihəsində qalib onlar oldu - Fotolar

genclik-gunu-layihesinde-qalib-onlar-oldu
Oxunma sayı: 976

Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsi, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu və UNICEF-in Azərbaycan nümayəndəliyinin tərəfdaşlığı ilə 16 avqust 2019-cu il tarixində Binəqədi Gənclər Evində “Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş “Gənclik Günü” layihəsi həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, layihəyə təcrübəli mütəxəssis Kənan Məmmədovun yoqa sessiyası ilə start verilmişdir. Sonra Binəqədi Gənclər Evinin akt zalında yeniyetmə və gənclər arasında “Dama” və “Şahmat” turnirləri keçirilib. Hər iki turnirə Xalidə Həsənova və Ramil İmanov hakimlik edib.

“Dama” turnirinin nəticəsinə görə I yeri Cəfərli Cavad, II yeri Məmmədov Məhəmməd, III yeri Həsənli Daşqın tutub.

“Şahmat” turnirinin nəticəsinə görə I yeri Məmmədova Nuray, II yeri Vəliyev Amal, III yeri Həsənova Zeynəb sahiblənib.

Binəqədi Gənclər Evinin gənclər klubunda keçirilən “Xəmsə” Milli İntellektual Oyununda I yeri Səyyar Qurbanov, II yeri Elvin Əliyev, III yeri Yusif Ağayev tutub.

Layihə çərçivəsində baş tutan futbol turnirində isə I yeri “AFFA, II yeri “Bilbao”, III yeri isə “Marşal” komandaları tutub.

Tədbir musiqili proqramla başa çatıb.