“Gənclik”də qadının telefonunu oğurladılar

genclikde-qadinin-telefonunu-ogurladilar
Oxunma sayı: 1106

Bakı metrosunda oğurluq edənlər saxlanılıb.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, Qazax rayon sakini S.Şıxıyevanın “Gənclik” stansiyasında qatarda çantasından mobil telefonu oğurlanıb.

Oğurluq etməkdə şübhəli bilinən 3 nəfər müəyyən edilərək saxlanılıb. 

Araşdırmalarla onların Balakən rayon sakini Rəşad Qurbanov və əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini Zaur Ələkbərov və Sumqayıt şəhər sakini Təvəkkül Cavadov olduqları müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb.