“Gender Təhsili və Araşdırmalar Mərkəzi”nin təqdimatı oldu

gender-tehsili-ve-arasdirmalar-merkezinin-teqdimati-oldu
Oxunma sayı: 748

“Qafqazinfo”nun məlumatına görə, mərasimdə çıxış edən BMT-nin Rezident Əlaqələndiricisi, BMTİP-nin Rezident Nümayəndəsi Fikrət Akcura gender məsələlərinin təhsil siyasətlərinə daxil edilməsi üçün bu Mərkəzin mühüm rol oynayacağını vurğulayıb. O, həmçinin, qeyd edib ki, Pedaqoji Universitet öz məzunları vasitəsilə bilikləri məktəblərdə yaya biləcəyindən, gender məsələlərinə həssas yanaşmaları və münasibətləri təşviq etmək üçün xüsusilə münasib bir yerdir.

Universitetin rektoru Yusif Məmmədov və “Lider Qadınlar” İctimai Birliyinin Sədri, Millət vəkili Məlahət İbrahimqızı da tədbirdə çıxış edib və Azərbaycanın gələcək inkişafı üçün insan potensialının artırılmasının ən yaxşı yolu kimi gender bərabərliyinin təşviq edilməsinin əhəmiyyətini vurğulayıblar.

Layihə çərçivəsində, Universitetin bir qrup müəllimləri və magistr tələbələri əsas gender konsepsiyalarına dair təlim keçəcəklər. Mərkəzdə yerləşən Gender Kitabxanası müəllimləri və tələbələri genderlə bağlı resurslara çıxış imkanı ilə təmin edəcək. Layihədə, həmçinin mövcud tədris proqramlarının gender baxımından təhlil olunmasına da dəstək göstəriləcək və mövcud tədris kurslarına gender perspektivinin də daxil edilməsinə dair məsləhətlər veriləcək.