General Bakıdadır

general-bakidadir
Oxunma sayı: 647

APA-nın məlumatına görə, general N. Özəlin təyyarəsi yerli vaxtla saat 18:00-da Bakıya enib.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin dəvəti ilə gerçəkləşən səfər çərçivəsində N. Özəlin Azərbaycanda bir sıra görüşləri planlaşdırılır. Səfər fevralın 9-dək davam edəcək.
N. Özəlin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 7-də Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək, həmçinin Müdafiə Nazirliyində olacaq.
Səfər çərçivəsində N. Özəlin Azərbaycanın hərbi qurumlarının rəhbərləri ilə, həmçinin Azərbaycan prezidenti və baş naziri ilə görüşləri planlaşdırılır.
Qeyd edək ki, bu ordu generalı N. Özəlin Baş Qərargah rəisi vəzifəsində Azərbaycana ilk səfəridir. Bundan əvvəl, o, 2011-ci ilin yanvar ayında, Türkiyə Jandarma Qüvvələrinin baş komandanı olarkən Bakıya səfər etmişdi.