General gömrüklə bağlı tapşırıq verdi

general-gomrukle-bagli-tapsiriq-verdi
Oxunma sayı: 5020

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda mövcud vəziyyətlə tanış olub. 

“Qafqazinfo” xəbər verir ki, S. Mehdiyev Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən “Sınıq Körpü” gömrük postunda gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib. 

Daha sonra komitə sədri dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidini təmin etmək, eləcə də gömrük nəzarətinin daha səmərəli təşkili üçün gömrük postunda aparılacaq yenidənqurma işlərinə dair tapşırıq və tövsiyələrini verib.