General həbs edildi

general-hebs-edildi
Oxunma sayı: 635

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, general 1997-ci ildə dövlət çevrilişinə cəhddə təqsirli bilinir. General bu gün Ankaraya aparılaraq, 1997-ci ildə hərbçilərin müdaxiləsi nəticəsində baş nazir Nəcməddin Ərbakanın baş nazir postundan getməsi ilə nəticələnən hadisələrə görə ifadə verəcək.

Bu iş üzrə istintaqa ötən ilin əvvəllərində başlanılıb, artıq bir neçə yüksək rütbəli hərbçi tutulub. Qeyd edək ki, İ. H. Karadayının adı 2009-cu ildə “Ergenekon” işinin araşdırılmasında da keçsə də, həmin vaxt ona qarşı ittiham irəli sürülməyib. “Ergenekon”çular 2003-cü ildə Ərdoğan hökumətini devirmək cəhdində ittiham olunurlar.