General öldü

general-oldu
Oxunma sayı: 650

Noyabrın 12-də Tehran yaxınlığında, Şəhriyar rayonunda yerləşən Əmir əl-Momeyni hərbi bazasında baş verən partlayışın qurbanlarının sayı açıqlanıb. Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, İslam İnqilabı Mühafizə Korpusunun təmsilçisi deyib ki, partlayış nəticəsində 17 hərbçi ölüb, 15 hərbçi yaralanıb.
Ölənlər arasında İslam İnqilabını Mühafizə Korpusunun yüksək vəzifəli generalı Hasan Tehrani Moqaddam da var. O, İranın raket proqramına rəhbərlik edib.
İsrail müdafiə naziri Ehud Barak partlayış xəbərini məmnunluqla qarşılayıb. O bildirib ki, belə bir partlayışın təkrar baş verməsi pis olmazdı.