General polisə çağırıldı

general-polise-cagirildi
Oxunma sayı: 3118

 

Bu barədə Publika.az-a mötəbər mənbədən məlumat daxil olub. Hələlik M.Beydullayevin polisə nə üçün çağırılması barədə məlumat yoxdur.

 Sözügedən məsələ ilə əlaqədar Publika.az-ın əməkdaşı M.Beydullayevlə telefon əlaqəsi saxlayıb. General telefon zənginə  “hazırda polisdəyəm”, - deyə cavab verib və daha sonra telefonu söndürüb.

 Xatırladaq ki, 2013-cü il oktyabrın 24-də nazir Zakir Həsənovun əmri ilə Müdafiə Nazirliyinin Baş İnspeksiya İdarəsinin rəisi, general-mayor Məmməd Beydullayev vəzifəsindən azad edilib.

 Onun yerinə isə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Fəxrəddin Cəbrayılov təyin olunub.