General soyqırımı qurbanlarının yaxınlarını hədələdi

general-soyqirimi-qurbanlarinin-yaxinlarini-hedeledi-
Oxunma sayı: 640

“Azerimuslims.com” Türkiyənin “Zaman” qəzetinə istinadən xəbər verir ki, 1995-ci ildə Bosniyanın Srebrenitsa şəhərində 8300-dən çox müsəlmanı qətlə yetirən serb ordusuna rəhbərlik edən Ratko Mladiç Laheydə hərbi tribunala çıxarılıb.

Xəbərlərdə 70 yaşlı Mladiçin məhkəməsinin ilk iclas günündə “Serb qəssabı” iclasın gedişini izləyən soyqırımı qurbanlarının yaxınlarını hədələdiyi bildirilib. Srebrenitsa və Jepa Anaları Dərnəyinin sədri Munirə Subaşiçi Mladiçin məhkəmə zalındakı soyqırımı yaxınlarına müsəlmanları öldürəcəyini bildirən işarələr göstərdiyini deyib.
Mladiçin törətdiyi qətllərdən dolayı peşman olmadığını deyən Subaşiçi prokurorların Mladiçin törətdiyi cinayətləri yüzlərlə şahid ifadəsinə müraciət edərək, hazırladıqlarını qeyd edib.

Xarici Mətbuat prosesdə 158 şahidin bilavasitə məhkəməyə gələrək, ifadə verəcəklərini yazıb. Habelə xəbərlərdə Mladiçin məhkəmənin ilk günü verdiyi ifadəsində ölkəsini və millətini qoruduğunu iddia etdiyi də öz əksini tapıb.