Generalın ittiham etdiyi qadın yenidən hakim qarşısında

Generalın ittiham etdiyi qadın yenidən hakim qarşısında
Oxunma sayı: 1318

Gömrük generalı Qambay Əliyevin anası Böyükxanım Əkbərovanın evindən 160 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndirilən Sədaqət Məmmədova barəsindəki hökmdən Baş Prokurorluğun verdiyi apellyasiya protesti üzrə məhkəmə keçirilib.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, S.Məmmədova həmin evdə qulluqçu işləyib. O, istintaqın ilk başlarında həbs edilsə də, sonradan sərbəst buraxılıb və barəsində ev dustaqlığı qərarı verilib. Zərərçəkmiş kimi tanınan B.Əkbərova isə istintaq dövründə vəfat edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Məmmədovaya oğurluq ittihamı üzrə bəraət verilib və qızılları onun oğurlamadığı qənaətinə gəlinib. Rəsmi sənədləri zədələmə ittihamı üzrə müddət başa çatdığı üçün cəza təyin edilməyib.
 
Dövlət ittihamçısı bu hökmdən narazı qalıb və cəzanın ağırlaşdırılması üçün apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımov sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. İş baxılması üçün məhkəmə baxışına verilib.

Növbəti iclas yanvarın 12-nə təyin edilib. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi