Generalın oğlu son sözə hazırlaşır

generalin-oglu-son-soze-hazirlasir
Oxunma sayı: 2435

Bu gün Binəqədi rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucovun və hadisə zamanı onun yanında olan Kənan Vəliyevlə Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rəşad Əliyevin icraatında olan prosesdə R. Orucov və digər təqsirləndirilən şəxslərə çıxış üçün söz verilib.

Lakin onların vəkilləri prosesdə iştirak etmədiyi üçün bundan imtina ediblər. R.Orucov “vəkilim gəlsin, sonra danışacağam” deyib.

Proses dekabrın 29-da davam etdiriləcək.

Qeyd edək ki, prokuror çıxışında Rüstəm Orucovun 6 il, digər təqsirləndirilən şəxslərin isə 3 il 6 ay azadlıqdan məhrum edilməsini tələb edib. Ötən iclasda dövlət ittihamçısı çıxış edərək R.Orucovun 6 il, K.Vəliyevlə P.Abbasova isə 3 il 6 ay müddətinə cəza verilməsi istəyib.

Xatırladaq ki, R.Orucovun atası general-mayor Novruzəli Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini olub, bu hadisədən sonra prezident İlham Əliyevin sərəncamı ilə vəzifədən azad edilib.

Murad Əhməd