Generalın qardaşına- - "Şöhrət" ordeni

generalin-qardasina-
Oxunma sayı: 6368


Prezident İlham Əliyev “T.M.Zeynalovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında” sərəncam imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Tofiq Məhəmmədəli oğlu Zeynalov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, T.Zeynalov 2007-ci ildən indiyədək Tovuz rayon İcra Hakimiyyətinin başçısıdır. O, Dövlət Yol Polisinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşıdır.