General məhkəmə zalında qandallanacaq - Rütbələri alınır

general-mehkeme-zalinda-qandallanacaq
Oxunma sayı: 18459

Bu gün Sabunçu rayon məhkəməsinin inzibati binasında ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova və onların əməkdaşları Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinyət işi üzrə məhkəmə prosesi keçiriləcək.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun icraatında olan prosesdə dövlət ittihamçısının çıxış edərək adıçəkilən şəxslərə cəza istəməsi gözlənilir. 

Ötən iclasda məhkəmə istintaqının tamamlandığı elan edilib. Həmin gün dövlət ittihamçısı çıxış etmək üçün vaxt istəmişdi.

***

Proses başlayıb.

***

Prokuror çıxışında general Sübahir Qurbanovun 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

***

Teymur Quliyevin 16 il, Natəvan Mirvətovanın 12 il, Füzuli Əliyev 15 il, Natiq Əliyev 14 il,  Zaur Məmmədov 13 il, Elşad Əzizov 8 il, Fərhad Atayev 7 il , Anar Şirəliyev 7 il, Eşqin Əliyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

***

Prokuror təqsirləndirilən şəxslərin hər birinin hərbi rütbələrindən azad olunmasını istəyib. Bunun üçün generallarla bağlı prezidentə, digər rütbəli şəxslərlə bağlı müvafiq qurumlara təqdimat verilməsini istəyib. Dövlət Təhlükəsizlik Xidmətinin 1 milyon manatlıq mülki iddiasının təmin olunmasını istəyib. Zərərçəkən vətəndaşların mülki iddiları və təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlakları ilə bağlı qanuna uyğun olaraq qərar verilməsini xahiş edib.

Proses martın 1-də davam etdiriləcək.

***

Prokuror həmçinin N.Mirvətovanın məhkəmə zalında qandallanmasını tələb edib.

Murad Əhməd