Generalların işinə baxan hakim müşavirəyə çıxdı

Generalların işinə baxan hakim müşavirəyə çıxdı
Oxunma sayı: 2324

Milli Təhlükəsizlik Nazirliyinin generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və onların əməkdaşları Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun icraatında olan prosesdə müdafiə tərəfi vəsatət qaldırıb.

Vəkillər vəsatət verərək “MTN-çi”lərin əmlakları üzərinə qoyulan həbs qərarının götürülməsini istəyiblər. Vəsatət müzakirə olunub, hakimlər kollegiyası qərar qəbul etmək üçün müşavirəyə çıxıblar. 

Fasilədən sonra qərar elan ediləcək.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi