Generalların Soçi görüşündə razılıq əldə olundu

generallarin-soci-gorusunde-raziliq-elde-olundu
Oxunma sayı: 1542

Türkiyə, Rusiya və İranın ordu generalları Hulusi Akar, Valeriy Gerasimov və Məhəmməd Bakıri Soçidə görüşüblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə tərəflər Suriyadakı mövcud vəziyyəti və siyasi həll prosesinə keçidi asanlaşdırmaq üçün atılacaq addımları müzakirə ediblər.

İdlibdə gərginliyin azaldılmasının nəzərdə tutulduğu bölgədə koordinasiyanın gücləndirilməsi barədə razılıq əldə edilib.

Qeyd edək ki, sabah Soçidə Ərdoğan, Putin və Ruhaninin iştirakı ilə üçtərəfli zirvə toplantısı keçiriləcək.