Genuyada körpünün uçmasının səbəbi açıqlandı

genuyada-korpunun-ucmasinin-sebebi-aciqlandi
Oxunma sayı: 2579

İtaliyanın nəqliyyat və infrastruktur naziri Danilo Toninelli Genuya şəhərində körpünün uçmasının səbəbini açıqlayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, nazir hadisəyə infrastruktur obyektinə lazımi xidmətin göstərilməməsinin səbəb olduğunu bildirib. Toninelli faciəyə görə kimin məsuliyyət daşımasından danışmağın hələ ki tez olduğunu deyib. Ancaq o, faciəyə səbəb olanların “bütün məsuliyyətilə” cavab verəcəklərini də əlavə edib. 

Qeyd edək ki, Genuyada körpünün uçması nəticəsində 35 nəfər dünyasını dəyişib, 13 nəfər yaralanıb. İtkin düşənlər də var.