“Gərək mən də onlar kimi pozğun olam?”

gerek-men-de-onlar-kimi-pozgun-olam
Oxunma sayı: 3710


“Qafqazinfo” xəbər verir ki, bunu lent.az-a müsahibəsində  “Yaşıl Teatr”da verdiyi konsertə yarıçılpaq geyimlə çıxan müğənni Günay İbrahimli ona yönələn tənqidlərə münasibət bildirərkən deyib. O, bildirib ki, heç vaxt tədbirlərdə, toylarda açıq-saçıq geyinməyib: “Sadəcə, konsertə görə belə geyindim, fərqli görünmək istədim. Həm də düşündüm ki, geyimim qeyri-adi olmalıdır. Mahnılarım tələb edirdi ki, belə geyinim. Məncə, mahnılarla geyimlər bir-birini tamamlayırdı”.

G. İbrahimli əvvəlcədən geyiminə görə tənqid olunacağını bildiyini də deyib: “Çünki tamaşaçı məni bu cür geyimdə görməmişdi. Geyimlərim açıq olsa da vulqar deyildi. Xaricdən açıq-saçıq geyimdə gələnləri elə hörmətlə qarşılayırlar ki... Amma  öz müğənnilərimiz açıq-saçıq geyinəndə söz-söhbət baş alıb gedir. Abırlı geyinən elə adamlar tanıyıram ki,  min hoqqalardan çıxırlar. Gərək mən də onlar kimi pozğun olam? Adama geyimə görə qiymət verməzlər. Geyimlərimdən çox razıyam, peşman deyiləm, konsert gözlədiyimdən də yaxşı keçdi”.