“Gərək ona sataşım ki, qalmaqal qalxsın”

gerek-ona-satasim-ki-qalmaqal-qalxsin
Oxunma sayı: 2166

“İllərdir müğənniyəm, məni elə-belə qarşılayırdılar. Amma Əli Mirəliyevlə qalmaqaldan sonra hamı üstümə qaçdı, məni tanıdı”.

“Qafqazinfo” Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Səməd Səmədov “Lider maqazin”ə açıqlamasında deyib.

Müğənni bildirib ki, Mirəliyevə görə yaradıcılığında yeniliklər edir:

“Çoxdandır mənə ilişmir, yola verir. Gərək ona sataşım ki, qalmaqal qalxsın. Əli Mirəliyev mənə ilişməsəydi, qalardım o səviyyədə. Onun acığına yeni mahnılar yazdırıb, kliplər çəkdirdim. O, mənim talismanımdır”.