Gərgin mübarizə davam edir

gergin-mubarize-davam-edir
Oxunma sayı: 642

“Qafqazinfo” xəbər verir ki, Respublika Şahmat Mərkəzində start götürən turnir 14-16-18 yaş kateqoriyasına daxil olan oğlanlar və qızlar arasında keçirilir. Çempionat dairəvi sistem üzrə təşkil olunub.

Qeyd edək ki, qaliblər (I yer) qiymətli hədiyyələrlə, habelə (I, II, III yerlər) Respublika Gənclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunacaqlar.