“Getdiyim hər ölkədə müayinə olunuram”

getdiyim-her-olkede-muayine-olunuram
Oxunma sayı: 1692


“Qafqazinfo”nun Axşam.az-a istinadən məlumatına görə, sənətçi bir neçə gün əvvəl vətənə qayıdıb. O, müayinələrin yaxşı keçdiyini bildirib: 

“20 gün idi ki, Yessentukidə idim. Bütün müayinələrdən keçdim. Müalicələr aldım, sağlamlığımın qayğısına qaldım. Hər bir insan bunu etməlidir, səhhəti ilə maraqlanmalıdır. Ciddi bir problemim çıxmadı. Mən getdiyim hər ölkədə müayinə olunuram. İstəmirəm ki, səhhətimdə problem yaransın. Sağlam olduğumu biləndə rahatlayıram. Orada müalicəvi sulardan qəbul etdim”. 

Qeyd edək ki, K.Kərimova yenidən istirahətə yollanıb. Bu dəfə o, ailəsi ilə birlikdə Antalyaya gedib:

“On gün Antalyada qalacam. Ailəmlə getmişəm. Bir az da uşaqlarım dincəlsin”.