Geyimə görə sağ ayağını kəsdirdi - Fotolar

Geyimə görə sağ ayağını kəsdirdi
Oxunma sayı: 8256

Amerikada yaşayan Kristi Vinberli adlı qadın qısa ətək geyinə bilmək üçün maraqlı addım atıb.

“Qafqazinfo” “Axşam.az”a istinadən xəbər verir ki, 32 yaşlı qadın “Sağ ayağım eybəcərdir, ona görə qısa ətək geyinə bilmirəm” deyib onu kəsdirib.

6 yaşında ayağında tümör (hər hansı bir şiş) xəstəliyi ucbatından biri digərindən inkişafdan geri qalıb. Kristi 19 müxtəlif əməliyyat keçirərək ayaqlarının eyni uzunluqda olmasını istəsə də, amma buna nail ola bilməyib.

Bundan təngə gələn qadın ötən il sağ ayağını kəsdirib və yerinə protez taxdırıb.

Vinverli hazırda daha xoşbəxt olduğunu və istədiyi geyimi, xüsusilə qısa ətək geyinə bildiyini vurğulayıb.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi