“Geyimimdən hiss edirsiz…” - Pərvindən toy mesajı

geyimimden-hiss-edirsiz
Oxunma sayı: 4847

Azərbaycanın tanınmış aktrisası Pərvin Abıyeva ərə getməyə hazırlaşır. “Qafqazinfo” xəbər verir ki, o, bu barədə “ATV kulis” verilişinə müsahibəsində danışıb. 

Aktrisa proqramın aparıcısı Murad Əzimzadənin “Planınızda evlilik var” sualına cavab verməyə çalışıb. 

Pərvin artıq geyimində dəyişikliklər etdiyini, yay aylarında toy barədə qərar verəcəyini bildirib:

“Evlilik planım ağlımdan çıxmışdı, arxa plana atmışdım. İndi yenə həmin plan ortaya çıxıb. Yəqin ki, geyimimdən hiss edirsiz. Bu yay tam qərar verəcəm və bu proses həyata keçiriləcək”.