Geyinmədiyiniz paltarları bura gətirin - Ünvanlar

geyinmediyiniz-paltarlari-bura-getirin
Oxunma sayı: 2395

IDEA İctimai Birliyinin yeni təşəbbüsü maraqla qarşılanıb.

“Qafqazinfo” xəbər verir ki, qurum istifadəsiz paltar, ayaqqabı və aksesuarların toplanması üçün bir neçə məkanda konteynerlər quraşdırıb. Belə ki, vətəndaşlar qarderobunda istifadəsiz, yararlı və saf qalan geyimləri tullamaq əvəzinə “Bravo” hipermarketləri və Babək prospektində yerləşən “Bravo” superstorda, həmçinin həmin prospektdəki “SOCAR Petroleum”da yerləşdirilmiş ianə qutularına qoya bilərlər.

İanə qutularına toplanan geyimlər müxtəlif xeyriyyə təşkilatları vasitəsilə insanlara paylanacaq.