Gigi Hadid müsəlmanları müdafiə etdi

Gigi Hadid müsəlmanları müdafiə etdi
Oxunma sayı: 859

Amerikalı tanınmış jurnalist Laura Loomerin tvitterdə müsəlmanlarla bağlı irqçi paylaşımı etirazlara səbəb olub. “Qafqazinfo” xəbər verir ki, L. Loomerə qarşı çıxanlar sırasında “Viktoriya Sekret”in 22 yaşlı modeli Gigi Hadid də var. 

Məşhur ulduz jurnalistin fikirlərinə reaksiya verərək onu sərt bir şəkildə tənqid edib: “Laura, sənə baş qoşmaq istəmirəm. Amma hər dəfə müdaxilə etməkdən bezdim. Bunları sənə deməliyəm, çox ağılsız bir qadınsan”. 

Qeyd edək ki, L. Loomer “Müsəlmanlar İŞİD-in hücum etdiyi Nyu-York küçələrində çarşabla gəzərək bunu hər kəsin gözünə soxurlar. Terror etdikləri ərazidə belə addım atırlar. Sizinlə mərcə girərəm ki, bunu qəstlə edirlər” deyə sosial şəbəkədə yazmışdı.  


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi