Gilas 81 yaşlı kişinin başına bəla oldu

gilas-81-yasli-kisinin-basina-bela-oldu
Oxunma sayı: 642

Şəkidə 81 yaşlı kişi ağacdan yıxılıb.
 
“Qafqazinfo” xəbər verir ki, Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, bu gün saat 17.00 radələrində Şəki şəhəri Abdulla Şaiq küçəsi ev 11 ünvanında yaşayan Yusif Həzrət oğlu Zakirov ağır qapalı kəllə-beyin travması və travmatik şok vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə daxil olub. Məlum olub ki, Yusif Zakirov yaşadığı ünvanda gilas yığan zaman ağacdan yıxılaraq ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.