Giorgi Marqvelaşvili müəllimliyə başlayır

giorgi-marqvelasvili-muellimliye-baslayir
Oxunma sayı: 1257

Gürcüstanın sabiq prezidenti Giorgi Marqvelaşvili pedaqoji fəaliyyətlə məşğul olacaq. 

"Qafqazinfo" gürcü KİV-nə istinadən xəbər verir ki, 49 yaşlı fəlsəfə doktoru G.Marqvelaşvili Gürcüstan İctimai Elmlər İnstitutunda (GİPA) “siyasət” mövzusunda məruzə oxuyacaq. 

Qeyd edək ki, G.Marqvelaşvili fasilələrlə - 2000-2006-cı və 2010-2012-ci illərdə GİPA-nın rektoru olub. 2013-cü ildə “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəyi ilə prezident seçilib. 2018-ci ilin dekabrında Salome Zurabişvili prezident seçildikdən sonra fəal siyasətdən uzaqlaşıb.