Girov götürülənlər qətldə günahlandırıla bilər

girov-goturulenler-qetlde-gunahlandirila-biler
Oxunma sayı: 2028


“Media forum” saytı xəbər verir ki, erməni mənbələri Kəlbəcərdə itkin düşmüş 17 yaşlı Smbat Sakanyanın meyitinin tapıldığını iddia edir. İyulun 4-də itkin düşmüş gəncin meyitinin 10 gün sonra yaşadığı kənddən xeyli aralıda, dağlarda tapıldığı, meyitdə zorakılıq əlamətlərinin olduğu bildirilir. Meyit müayinə üçün Xankəndiyə aparılıb.

İşğalçı Ermənistan Respublikasının və separatçı Dağlıq Qarabağ rejiminin hərbi dairələri cəbhə bölgəsində, Kəlbəcər istiqamətində Azərbaycan Silahlı Qüvvələrinə aid kəşfiyyat-diversiya qrupunun üzvlərini tutduğunu iddia edir. Ermənilərin əlinə keçən Şahbaz Quliyev və Dilqəm Əsgərovun tutularkən silahlı olduqları bildirilir. Daha bir iddiaya görə, iyulun 11-də Kəlbəcər ərazisində azərbaycanlı diversant öldürülüb. Qeyd olunur ki, azərbaycanlı diversantla atışma zamanı ordunun 42 yaşlı mayoru Sərkis Abramyan həlak olub, 37 yaşlı qadın Karine Davtyan yaralanıb.

20 ildən çoxdur Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Füzuli rayonları tam və ya qismən işğaldadır. Qazax rayonunun 7 kəndi, Naxçıvan Muxtar Respublikasının 1 kəndi zəbt olunub.