Gizir vəfat etdi

gizir-vefat-etdi
Oxunma sayı: 650

Hüquq-mühafizə orqanlarındakı mənbədən Trend-ə verilən məlumata görə, bir neçə gün öncə Bakı-Astara yolunda, Salyan rayonu ərazisində iki avtomobil toqquşmuşdu.

Qəza nəticəsində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti leytenant Rauf Qasımov və gizir Əhməd Əliyev ağır bədən xəsarətləri ilə hospitala yerləşdirilmişdilər.

40 yaşlı Əliyev aldığı xəsarətlərdən dünən dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə məlumatı təsdiqləyib. Bildirib ki, xəsarət almış leytnantın vəziyyəti stabildir.

Faktla bağlı araşdırma aparılır.