Gizli sevgi ortaya çıxdı - Şəkilləri sildirdi

gizli-sevgi-ortaya-cixdi
Oxunma sayı: 955

Tuba Büyüküstün adının eşq dedi-qodularında hallandığı Umur Evgenlə görüntülənib.  İki həftə əvvəl 6 illik əri Onur Saylakla rəsmən boşanan aktrisanın bu görüşü başına bəla olub. Belə ki, Evirgenin mühafizəçiləri cütlüyü çəkən “Hürriyet” qəzetinin müxbirinə hücum edib. Onlar iş adamının göstərişi ilə İsmail Bayrakın fotoaparatını əlindən almaq istəyiblər. 

"Qafqazinfo" xəbər verir ki, mühafizəçilər şəkilləri sildirmək üçün Bayrakın olduğu maşının arxasınca düşüblər, bir qədər sonra müxbirin qarşısını kəsiblər və silah gücü ilə onun fotoaparatını əlindən alıblar. Müxbir hadisədən sonra Sarıyer Polis Şöbəsinə müraciət edərək şikayətçi olub.

İsmail Bayrak hadisədən sonra həmkarlarının suallarına cavab verib.  O, maşında olan daha iki nəfərin də hücuma məruz qaldığını deyib. 

“Onların 3 şəklini çəkdim. Umut Evgen “Necə çəkə bilərsən” deyərək bağırdı. İki nəfərdən ibarət mühafizəçi qrupu qarşımızı kəsdi. Bütün görüntüləri əlimizdən aldılar”.