Gökhan “O səs”dən birdəfəlik getdi

Gökhan “O səs”dən birdəfəlik getdi
Oxunma sayı: 1785

“Athena” rok qrupunun solisti Gökhan Özoğuz “O səs Türkiyə” mahnı müsabiqəsindən gedib. İfaçı yarışmanın növbəti buraxılışında munsif olmayacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə G. Özoğuzun özü məlumat yayıb. O, yarışmadan birdəfəlik getdiyini qeyd edib:

“Proqram yeni bitib. Yarışmaya görə, musiqidən uzaqlaşdım. Bundan sonra “O səs”də olmayacam, musiqiyə ağırlıq verəcəm”. 

Qeyd edək ki, 2014-cü ildən müsabiqənin münsifi olmuşdu. Onun komandasına daxil olan üç nəfər (Hasan Doğru, Emre Sertkaya, Lütfiye Özipek) çempion seçilmişdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi