Göldə batan şəxsin meyiti tapıldı

golde-batan-sexsin-meyiti-tapildi
Oxunma sayı: 1381

Tovuz rayonunun Əyyublu kəndindəki göldə batan şəxsin axtarışları yekunlaşıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki,  həmin göldə batdığı ehtimal olunan 1969-cu il təvəllüdlü Orucov Hamlet Paşa oğlunun axtarışları başa çatıb. H.Orucovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.