Gömrük Akademiyasında dövlət attestasiyası başa çatıb

gomruk-akademiyasinda-dovlet-attestasiyasi-basa-catib
Oxunma sayı: 2376

Dövlət Gömrük Komitəsinin Akademiyasına 2014-cü ildə bakalavr səviyyəsi üzrə qəbul olunmuş tələbələrin yekun dövlət attestasiyası (buraxılış işinin müdafiəsi) bu gün başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, yekun dövlət attestasiyası iyunun 20-dən başlayıb.

Bugünkü imtahan prosesində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, iqtisadiyyat ixtisası üzrə komissiyanın sədri - Vergilər naziri Mikayıl Cabbarov, hüquqşünaslıq ixtisası üzrə komissiyanın sədri - Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iştirak ediblər.

İmtahandan əvvəl komissiya sədrləri tələbələrə uğurlar arzulayıb, onların məzun olduqdan sonra əldə etdikləri bilik və bacarıqları dövlətimizin inkişafı, xalqımızın rifahına sərf edəcəklərinə ümidvar olduqlarını bildiriblər.

Qeyd edək ki, bu il Akademiyanın iqtisadiyyat ixtisası üzrə 20, hüquqşünaslıq ixtisası üzrə 17 tələbənin təhsili başa vurması gözlənilir.

Yekun qiymətləndirməyə əsasən, tələbələrin biliyi sonuncu dəfə dəyərləndiriləcək, bununla da onlar təhsillərini başa vuraraq diplom alacaqlar.