Gömrük əməkdaşlarının saxladığı məhsullar yandırıldı

gomruk-emekdaslarinin-saxladigi-mehsullar-yandirildi
Oxunma sayı: 652

Qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən zaman Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən saxlanılan bir sıra məhsullar məhv edilib.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, məhv edilən məhsullara tütün məmulatları, ət və balıq məhsulları, spirtli içkilər, mineral sular, limonad, kofe, sərinləşdirici və enerji içkiləri, pirotexniki vasitələr, müxtəlif dərman preparatları, müxtəlif markalı mobil telefonlar və geyim paltarı üçün etiketlər daxildir. 

Bu məhsullar Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq rəyinə əsasən məhv edilib.