Gömrük Komitəsi 7 minlik kosmetik məhsulu satışa çıxardı - Siyahı

gomruk-komitesi-7-minlik-kosmetik-mehsulu-satisa-cixardi
Oxunma sayı: 2686

Avqustun 30-da Dövlət Gömrük Komitəsi tərəfindən sərhəddə müsadirə edilmiş mallarla bağlı növbəti hərrac keçiriləcək. 

“Qafqazinfo” Komitənin saytına istinadən xəbər verir ki, bu dəfə satışda ümumilikdə 30 ədəd məhsul olacaq. Sözügedən məhsullar içərisində əsasən kosmetik mallar üstünlük təşkil edir. Qeyd olunan kosmetik məhsulların ümumi dəyəri isə 7385 manatdır. Belə ki, satışda 36 ədəd Milani markalı tonal krem, 48 ədəd Airspun markalı üz pudrası, 18 ədəd Dry İdea antiperspirant, 242 qutu  Koko süni kirpiklər (1 cüt), 2 qutu Anastasiya göz kölgəsi, 6 qutu Real Techniques markalı süngər və.s məhsullar iştirak edir.  

Bununla yanaşı, hərracda dəyəri 1040 manat təşkil edən 2 ədəd Samsung A600 ( qeydiyyatsız) markalı telefon, 1 ədəd dəyəri 24 664.50 manat olan havanın kondisiyalaşdırılması üçün qurğu, 7 ədəd Nike air markalı idman ayaqqabısı ( 1176 manat), 5 ədəd Armani markalı kişi ayaqqabısı (550 manat) iştirak edəcək. 

Qeyd edək ki, hərracın təşkilatçısı Dövlət Gömrük Komitəsinin “Azterminalkompleks” Birliyidir.

Satılan malların siyahısı ilə bu linkdən tanış ola bilərsiz:

https://customs.gov.az/az/faydali/gomruk-herraci/?fbclid=IwAR2UBtUvjMTksdny9BvviejdXYFzgCP9gRrAdcdN4irn8OmAQVaBO-mUYrY

Günel Türksoy