Gömrük müsibəti...

gomruk-musibeti
Oxunma sayı: 5330


Sahibkarın dediyinə görə, əlacsızlıqdan yuxarı orqanlara üz tutmalı olub. O, dəfələrlə Dövlət Gömrük Komitəsinə və digər cavabdeh təşkilatlara müraciət etdiyini söyləyir: “Respublika Gömrük Komitəsinə, onun internet saytına, şəxsən Aydın Əliyevaÿ dəfələrlə müraciət etmişəm. Onların ”Qaynar xətt"i olan 192 iləÿhər gün danışıram. Həmçinin Respublikanın Baş prokuroruna dəfələrlə müraciət eləmişəm".

Sahibkarın fikrincə, monopoliyaya şərait yaratmaq elə korrupsiyaya şərait yaratmaq deməkdir. O hesab edir ki, ölkədə yaradılmış korrupsiya idarəsi də belə hallara qarşı mübarizə aparmalıdır: “Mən yuxarıda Allaha, aşağıda prezidentə inanıram. O, dəfələrlə korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədən danışıb. Mən də inanıram ki, bu adam bununla mübarizə aparır. Çünki biz zəhmətlə böyümüşük. Bizim böyüklərimiz bizi belə tərbiyə edib. Ancaq indiyə kimi heç bir nəticəsi olmayıb. Iki aydan çoxdur mal orda qalıb”.

Sahibkarın sözlərinə görə, kafelin gömrükdə saxlanması nəticəsində hər gün ona 50 manatdan çox ziyan dəyir. Sürücü ilə bağladığı müqaviləyə görə, ona pul ödəyir. Yunus Orucov hesab edir ki, bu məbləğ kiçik sahibkarlığı məhv etməyə kifayət edir: “Uzun yazışmalardan sonra Astara Gömrük Idarəsindən mənə bir məktub gəlib ki, guya ”invoice"un əsli olmadığına görə gömrük rəsmiləşdirilməsi mümkün olmayıb. Sonradan təzədən “invoice”un əslini onlara göndərmişəm. Bu günə kimi nəticəsi olmayıb. Sürücü ilə bağladığım müqaviləyə əsasən, hər gün 50 manat cərimə ödəməli oluram. Dəfələrlə müraciət etmişəm, heç bir nəticəsi olmayıb".

Yunus Orucov deyir ki, əvvəllər də Astara gömrüyündə belə qanunsuzluqlar olub. Lakin uzun yazışmadan sonra məsələ həllini tapıb. Lakin bu dəfə malı buraxmaq istəmirlər. Sahibkar Astara gömrüyünü Şirvan Iqtisad Məhkəməsinə verdiyini deyir. Onun sözlərinə görə, birinci məhkəmə baxışında Astara gömrüyündən nümayəndə iştirak etməyib. Növbəti məhkəmə baxışı gözlənilir.

“Azadlıq” radiosu deyilənlərə münasibət öyrənmək üçün Astara Gömrük Idarəsi ilə əlaqə saxlayıb. Idarənin növbətçi hissəsindən sualları dinləsələr də, cavab vermək istəməyiblər. Astara Gömrük Idarəsinin yük şöbəsinin rəisi Aydın Babayevlə də danışmaq cəhdi baş tutmayıb.

Astara Gömrük Idarəsinin rəis müavini Abbas Ismayılovdan sahibkar Yunus Orucovun ünvanına gələn məktubda isə yazılıb: “Sizin Dövlət Gömrük Komitəsinə ünvanladığınız müraciətlə əlaqədar bildiririk ki, təqdim etdiyiniz kafel yükünə dair sənədlərdə ”invoice"un əsli olmadığından yükün rəsmiləşdirilməsi mümkün olmamışdır".

Halbuki, sahibkar deyilən sənədin əslini idarəyə 1 aydır göndərdiyini bildirir.

Sabiq gömrük işçisi Elman Hüseynov deyir ki, “invoice” malın qiymətini dəyərləndirən sənəddir. Bu sənəd səhvdirsə və ya yoxdursa, gömrük idarəsi malı özü dəyərləndirə bilər. Elman Hüseynovun sözlərinə görə, Astara gömrüyü ilə bağlı belə şikayətlər tez-tez eşidilir. O bu barədə ötən ilin avqustunda Astara rayonunda vətəndaşların qəbulunu keçirən Gömrük Komitəsinin sədri Aydın Əliyevə də şikayət etdiyini deyir: “Mənim özümə qarşı qanun pozuntusu olub. Bununla əlaqədar ona sənədlər təqdim elədim. Ondan sonra komitə sədri söz verdi ki, mənim ərizəmə bir daha baxılacaq. Ondan sonra 20 dəfə ona müraciət eləmişəm. Heç cavab da vermirlər. Bunlar elə bilir ki, ayrı zümrədilər. Amma bizdə hüquqi dövlətdir, hamı bərabərdir. Həmin məsələlər həm avtobus şöbəsində, həm də yük şöbəsində hökm sürür. Özbaşınalıqdır. Bunlar müəyyən adamlara hüquq verirlər. Həmin adamların üstünə göndərirlər ki, gedin, onlarla razılaşın. Axı azad sahibkarlıq belə olmur”.

Iqtisadçı Vidadi Mirzəyev isə deyir ki, korrupsiyaya qarşı mübarizə gömrükdən başlamalıdır: “Korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni gömrükdən başlamaq əvəzinə taksi sürücülərindən başladılar”.

Iqtisadçının dediyinə görə, Irandan kvadratı 2-3 manata gələn kafel, gömrükdən keçəndən sonra 11-12 manata qalxır. Halbuki, gömrük rüsumları ilə birlikdə kafelin bir kvadratı 5 manatdan çox olmamalıdır. Onun dediyinə görə, bütün idxal məsullarında süni qiymət artımı belə yaranır.

Ötən il “Xəzər” MMC-yə məxsus kafel dolu 6 yük maşını da Astara gömrüyündə 4 aya yaxın saxlanmışdı. Sahibkar məhkəmə çəkişməsindən sonra öz hüquqlarını qismən təmin edə bildi. Hərçənd, sahibkara külli miqdarda ziyan dəydi. Elman Hüseynov da belə problemlərlə üzləşən sahibkarlara məhkəmələrə müraciət etməyi məsləhət görür.