Gömrük postlarında poçt məntəqələrinin sayı artırılır

gomruk-postlarinda-poct-menteqelerinin-sayi-artirilir
Oxunma sayı: 1407

Dövlət Gömrük Komitəsi gömrük postlarında poçt məntəqələrinin sayının artırması məqsədi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.

 "Qafqazinfo" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsində Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abbasov deyib.

 O bildirib ki, hazırda gömrük postlarında bir poçt məntəqəsi mövcuddur. Bu isə çox zaman vətəndaşların yubanmasına səbəb olur:

" "Vahid pəncərə" sistemi ilə biz işləri nə dərəcə sürətləndirmək istəsək ki, poçt əməliyyatları sürücüləri yubandırır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məktub ünvanlamışıq ki, bütün gömrük postlarının idxal və ixrac xətlərinin hər birində poçt məntəqəsi yaradılsın. Bununla da hər gömrük postunda ümumilikdə iki poçt məntəqəsi olacaq ki, bu da sürətli keçid üçün daha əlverişli imkan yaradacaq.

Günel Hacı