Gömrük rüsumu artımından sonra Çindən ABŞ-a - Cavab

gomruk-rusumu-artimindan-sonra-cinden-abs-a
Oxunma sayı: 4720

ABŞ-ın Çin məhsullarına qoyulan gömrük rüsumunu artırmasından sonra qarşı tərəfin cavab addımı gecikməyib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Çin 60 milyard dollarlıq Amerika məhsuluna əlavə vergi tətbiq edəcəyini açıqlayıb. Bildirilib ki, bu tətbiqetmə 4 mərhələ şəklində həyata keçiriləcək.

Xatırladaq ki, ABŞ Çinin 200 milyard dollarlıq məhsuluna gömrük rüsumunu 10%-dən 25%-dək artırıb.