Gömrükçülər Brilyant Dadaşovaya irad tutdular

gomrukculer-brilyant-dadasovaya-irad-tutdular
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, Brilliant xanım hər səhər Cenk Erenin verilişinə baxa-baxa idman etdiyini və veriliş çəkilən pavilyonundakı işləməyən saatın asılmasının onu narahat etdiyini dilə gətirdi:”Mən maraqlı veriliş izləməyəndə idman alətində qaca bilmirəm. Sizin verilişiniz məni ekrana bağlayır. Saatı təcili təmir etdirin, inanclara görə, işləməyən saat insanın şanslarını bağlayır”.

Cenk Eren etiraf etdi ki, saatın dayandığı anla bağlı xatirələri var, ona görə saatın işləmədiyindən narahat deyil. Lakin o Brilliant xanımın şansları bağlamaqla bağlı inancından təsirləndiyini və sabahdan saatın işləyəcəyinə vəd verdi.

Sağlam həyat tərzindən söhbət açan Cenk Eren etiraf etdi ki, səhnəyə cıxmazdan öncə 1-2 qədəh içki içməyi sevir:”Elə bil ki, onda daha içdən oxuyuram, mən hüznlü mahnılar oxuyarkən ağlamagı da sevirəm. Təəssüf ki, siqaret də cəkirəm. Ancaq mən biliyimə görə, sən bizim Ajda (Ajda Pekkan – red.) kimisən. Siqaret çəkmirsən, içki içmirsən. Günbəgün Türkiyədə daha çox sevildiyinin də şahidi oluram. Sənin ifanda mahnıları dinləyəndən sonra deməliyəm ki, daha aktiv olaraq bu səhnələrdə olmalısan. Hətta öncədən səsinin, yorumunun bu qədər gözəl söylədiyini bilsəydim mən gəlməzdim... Axı indi paxıllıq genış yayılıb. (Gülür) Sizinlə aramda qan yaxınlığı hiss edirəm, başqa xalqın sənətçi nümayəndəsi ilə belə ünsiyyətdə ola bilməzdim. Biz bir millət, iki dövlətik”.

Brilliant xanım da Ajda xanımla bənzədilməsi ilə bağlı deyilənlərə cavab olaraq bildirdi ki, “Mən onu o qədər çox sevirəm ki, özümün ona bənzədilməyimlə belə razılaşmıram. O, təkdir! Onu da deyim ki, bir dəfə Ajda xanım mənim ücün maşın göndərmişdi. Maşından siqaret qoxusu gəlirdi. Ajda xanıma şikayət edəndə çox əsəbləşdi, qayıdanda məni ətir qoxan öz maşını ilə göndərdi. Bir daha ona çox sevdiymi söyləyirəm”.

Cenk Eren də Zeynəb Xanlarovanın səsini cox bəyəndiyini, tanış olmaq istədiyini dilə gətirdi. Brilliant xanım Bakıya gələrsə, onu Zeynəb xanımla tanış edəcəyini vəd etdi. “Mənə bəzən Zeynəb Xanlarovanın məmləkətindənsən deyəndən çox qürurlanıram”.

Brilliant xanımın verilişinin qonaqları ücün Bakıdan apardığı əncir mürəbbəsindən dadan Cenk Eren bir banka da evə aparmaq istəyini dilə gətirdi. Və dedi ki, Türkiyədəki mürəbbələrin dadından çox fərqlənir.

Təbii ki, Brilliant xanım qonağına hədiyyə edəcəyini bildirdi:”İnan ki, mən hər dəfə Türkiyəyə gələndə 3-4 balon əncir mürəbbəsi, cay gətirirəm. Azərbaycan gömrükcüləri hec nə demirlər, hamisi təəccüblə bir-birinə baxır. Bir dəfə isə bir dözməyib soruşdu ki, “Brilliant xanım Türkiyədə yemək yoxdur?!” Bax, mən bu nemətləri sizin kimi dostlar üçün gətirirəm”.

Cenk Eren repertuarından seçilən mahnılarını verilişdə səsləndirdi və rəqs də etdi. Hətta Brilliant xanım canlı yayımda Facebook ünvanina gələn dostluq təkliflərini də Cenk Erenlə birgə qəbul etdi.
Onu da vurğulamaq yerinə düşər ki, türkdilli ölkələrdə yayımlanan bu verilişdə Brilliant xanımın bu qədər sərbəst, səmimi, pozitiv, enerjili aparıcı kimi görünməsi Cenk Erenin də diqqətindən yayınmadı.

Yeri gəlmişkən, Cenk Eren Brilliant xanımın iştırakı ilə öz verilişində Daglıq Qarabag problemini müzakirə etmək istəyini də dilə gətirdi.