Gömrükçülər üçün təlimə start verildi - Foto

gomrukculer-ucun-telime-start-verildi
Oxunma sayı: 1167

Dövlət Gömrük Komitəsinin Akademiyasında “Bir inspektor-bir nəqliyyat vasitəsi” prinsipinə uyğun olaraq “Gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən mal və nəqliyyat vasitələrinin qeydiyyata alınması, “Yol vergiləri”nin hesablanması, “İcazə blankları”nın tətbiqi və “BYD kitabçalarından istifadə etməklə həyata keçirilən beynəlxalq daşımalar” zamanı gömrük nəzarəti və rəsmiləşdirilməsi qaydaları” mövzusunda təlimə start verilib.

“Qafqazinfo” xəbər verir ki, təlimdə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin tabeliyindəki gömrük postlarında xidmət aparan 76 gömrük əməkdaşı iştirak edir və məqsəd əməkdaşların peşə biliklərinin artırılmasıdır.

Açılış mərasimində çıxış edən DGK-nın Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin təşkili Baş İdarəsi rəisinin birinci müavini Mübariz Mustafayev beynəlxalq ticarətin asanlaşdırılmasında, yükdaşımaların və sərhədkeçmə proseslərinin sürətləndirilməsində gömrük-sərhəd buraxılış məntəqələrinin xüsusi rol oynadığını bildirib, məntəqələrin işinin günün tələbləri səviyyəsində qurulması məqsədilə tətbiq edilən yeniliklərdən bəhs edib, təlimin bu istiqamətdə xüsusi rol oynayacağını diqqətə çatdırıb.

Akademiyanın rəisi Qulu Novruzov son dövrlərdə gömrük sistemində aparılan islahatların uğurla həyata keçirilməsində gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılması, potensialının gücləndirilməsi ilə bağlı təlim və seminarların mühüm rol oynadığını bildirib.

Təlim üç həftə davam edəcək və sonda iştirakçıların əldə etdikləri biliklərin qiymətləndirilməsi aparılacaq.