Gömrükçüləri aldatmaq istədi

gomrukculeri-aldatmaq-istedi
Oxunma sayı: 651

“Qafqazinfo” xəbər verir ki, Tağıyeva piyada yolla Azərbaycandan İrana gedərkən, gömrük nəzarətini keçdikdən sonra pasport-qeydiyyat otağının qarşısında özünü pis hiss etdiyi üçün İrana getməkdən imtina edərək geri qayıtmaq istəyib və pasport nəzarətini həyata keçirən sərhəd xidməti əməkdaşlarının göstərdiyi istiqamətdə İrandan Azərbaycana gəliş xəttinə daxil olub.

Astara Gömrük İdarəsinin Sərnişin şöbəsinin gəliş xəttində vətəndaş H.Tağıyeva gömrük əməkdaşları tərəfindən saxlanılaraq sorğu-sual edilən zaman, o, halı pis olduğu üçün İrana gedə bilmədiyini və geri qayıtmaq istədiyini bildirib. Gömrük əməkdaşlarının təkidi ilə H.Tağıyeva sərnişin-gömrük bəyannaməsini doldurmuş və əl çantasını gəliş xəttindəki "smiths detection" markalı rentgen aparatına qoyub.

Həmin çantaya baxış zamanı, orada paltarların arasında olan sellofan paketin içərisində 2 ədəd şəffaf polietilen bağlamada olmaqla, ümumi xalis çəkisi 90.141 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.