Gömrükdə fişənglər tutuldu

gomrukde-fisengler-tutuldu
Oxunma sayı: 1081

Avtomobildə pirotexniki vasitə və fişənglər aşkarlanıb. 

“Qafqazinfo” Gömrük komitəsinə istinadən xəbər verir ki, Tovuz Gömrük İdarəsinin hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn ölkə vətəndaşı idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib. Kinoloji xidmət iti tətbiq edilməklə keçirilən gömrük baxışı zamanı, xidməti itin reaksiyası nəticəsində, maşının yanacaq çənində 8 qutu pirotexniki vasitə və 142 ədəd fişəng aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.