Gömrükdə keçid asanlaşacaq

gomrukde-kecid-asanlasacaq
Oxunma sayı: 1761

"Gömrük idarələrində sürətli keçidin təmin olunması üçün hazırda işlər görülür".

"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Gömrük Komitəsinin Hüquqi Təminat şöbəsinin rəisi Sənan Muxtarov deyib.

O bildirib ki, turizmin inkişafı üçün qanunvericilik daha da təkmilləşdirilməlidir və hazırda bu istiqamətdə təkliflər planı hazırlanır: "Çalışırıq ki, ixrac sahəsində potensialı artırmaq məqsədi ilə Gömrük Məcəlləsinin 263 saylı qərarında yer alan sənədlərin sayını minimuma endirilsin. Bu zəmində sənədlərin sayı 11-dən 3-ə endirilib. Sürətli keçidin təmin olunması, gömrük məntəqələrində sıxlığın aradan qaldırılması əsas məqsədlərimizdəndir".