Gömrükdə külli miqdarda qızıl tutuldu

gomrukde-kulli-miqdarda-qizil-tutuldu
Oxunma sayı: 2125

Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Türkiyədən yük gətirən Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz Actros" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücünün üzərində şəxsi yoxlama aparılıb.

“Qafqazinfo” xəbər verir ki, Gömrük Komitəsinin məlumatına görə, yoxlama zamanı, vətəndaşın gödəkçəsinin ciblərində əvvəlcədən gömrük nəzarətinə bəyan olunmayan külli miqdarda zərgərlik məmulatı - 64 cüt sırğa, 55 ədəd bilərzik, 8 ədəd üzük, 34 ədəd sancaq, 2 ədəd sırğa, kulon və üzük dəsti, 62 ədəd kulon və 130 ədəd boyunbağı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.