Gömrükdə “Pirveli” əməliyyatı

gomrukde-pirveli-emeliyyati
Oxunma sayı: 695

Gömrük nəzarətindən gizlədilən 3200 siqaret müsadirə olunub.

Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz-21063" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin yük yerindəki ehtiyyat təkərin altından, cihazlar panelinin içindən və ön oturacağın altından gömrük nəzarətindən gizlədilən ümumilikdə 3200 ədəd "Pirveli" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.